Ruslar bizim rəqibimizi saya almırlar
19.06.2009 - 11:16
Ruslar bizim rəqibimizi saya almırlar
Dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığması gələn ay növbəti sınağını verəcək. Apasport.az saytının məlumatına görə, şimal qonşularımız İsraildə təşkil olunacaq sayca 18-ci Makkabiada Oyunlarında mübarizə aparacaqlar.

Yarışların futbol turnirində Almaniya, İsveçrə, İsrail və Kanada ilə eyni qrupda yer alan Rusiya komandasının məşqçi korpusu Premyer Liqa oyunçularının xidmətindən məhrum olub. Çünki güclülər dəstəsi klubları çempionatda fasilə olmadığı üçün futbolçularını qarşıdakı turnirə buraxmaq istəmir.

İyulun 10-dan 24-dək keçiriləcək Makkabiada Oyunlarına gedəcək nümayəndə heyətinin rəhbəri Pavel Feldblum hətta ikinci dəstədən də futbolçu çağıracaqlarını istisna etmir: “Hazırda birinci dəstədən 30, Premyer Liqadan isə 10 nəfəri gözaltı etmişik. Bu aydın məsələdir ki, “Ximki” və “Dinamo” kimi klublardan heç kimə bel bağlaya bilməyəcəyik. Ən yaxşı halda, onların əvəzedici heyətlərindən kiməsə dəvət göndərmək mümkündür. Bundan başqa, ikinci diviziondan da namizədlərimiz var. Məsələn, “Tümen”də çıxış edən Fişman hələ 90-cı illərdə güclülər dəstəsi təcrübəsi qazanıb və Rusiya yığmasına kömək edə bilər”.

Bu turnirdə Rusiya yığmasına baş məşqçi Qus Hiddinkin əvəzinə, Ravil Sabitov başçılıq edəcək.

Qeyd edək ki, Almaniya milli komandası Makkabiada Oyunlarından sonra avqustun 12-də Bakıda yığmamızla rəsmi matçda görüşəcək.
0