Erhan Altın Rəşad Sadıqovu “Dənizlispor”a aparacaqmı?
19.06.2009 - 11:44
Erhan Altın Rəşad Sadıqovu “Dənizlispor”a aparacaqmı?
Azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynovun ötən mövsüm şərəfini qoruduğu “Kocaelispor” klubunun baş məşqçisi Erhan Altın özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, qış fasiləsində həmyerlilərimiz yanaşı İzmit təmsilçisinə keçən mütəxəssis karyerasını “Dənizlispor”da davam etdirəcək.

Türkiyə Superliqasını tərk edən komandasından fərqli, Altın güclülər dəstəsində yalnız bu yolla qalmağı bacarıb. Altın bu klubla üç illik müqavilə bağlayıb. “Dənizlispor” yeni çalışdırıcısının təqdimat mərasimini də keçirib.

Qeyd edək ki, bir sıra klubların dəvət göndərdiyi mütəxəssis aşağı dəstədə çıxış edən “Mersin İdman Yurdu”ndan konkret təklif də almışdı.
0