Daha bir avstraliyalı futbolçu “Qalatasaray”da
19.06.2009 - 11:47
Daha bir avstraliyalı futbolçu “Qalatasaray”da
Türkiyənin “Qalatasaray” klubu İngiltərənin “Vest Hem” komandasının futbolçusu Lukas Neyli transfer edib. Lent.az-ın məlumatına görə, avstraliyalı yarımmüdafiəçinin meneceri iyunun 22-də İstanbula gələrək, rəsmi müqaviləyə imza atacaq.

31 yaşlı futbolçunun özü isə birbaşa “Cim-Bom”un Almaniyada keçirəcəyi təlim-məşq toplantısına qatılacaq. O, ildə 2 milyon avro əmək haqqı alacaq.

Sağ cinah və stopper mövqelərində çıxış etməyi bacaran Neylin keçidində vasitəçi rolunu “Qalatasaray”ın və Avstraliya milli komandasının hücumçusu Harri Kyuell oynayıb.
0