Milli komandamız bu gün “FA of Moldova Cup”ın qalibi ola bilər
19.06.2009 - 13:00
Milli komandamız bu gün “FA of Moldova Cup”ın qalibi ola bilər
Azərbaycan milli komandası növbəti qələbəsini qazanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 17 yaşlılardan ibarət yığma Kişinyovda keçirilən “FA of Moldova Cup” turnirində ikinci matçını keçirib. İlk qarşılaşmasında meydan sahiblərini məğlub edən (2:1) yığmamız bu dəfə Rumıniyanı eyni hesabla üstələyib.

Bu qələbədən sonra hesabında 6 xal olan millimiz artıq bu axşam çempion titulunu qazana bilər. Belə ki, Moldova ilə saat 20:00-da keçiriləcək görüşdə Belarus yığması qalib gələ bilməzsə, Azərbaycan son turun nəticəsindən asılı olmayaraq birinci yeri tutacaq.

1

Azərbaycan

2

2

0

0

4-2

6

2

Belarus

1

0

1

0

1-1

1

3

Rumıniya

2

0

1

1

2-3

1

4

Moldova

1

0

0

1

1-2

0


Qeyd edək ki, son turun oyunları iyunun 21-də keçiriləcək.
0