“Qəbələ” ilk transferini rəsmiləşdirdi
19.06.2009 - 13:06
“Qəbələ” klubu mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, əyalət komandası milli komandamızın sabiq üzvü Murad Ağakişiyevlə anlaşıb.
24 yaşlı hücumçu “Qəbələ” ilə 1 illik müqavilə bağlayıb. O, ötən mövsümün ilk dövrəsini “Qarabağ”da, ikinci hissəsini isə “Karvan”da keçirib. Hazırda “Karvan”ın vəziyyəti ürəkaçan olmadığından, Murad iş yerini dəyişmək qərarına gəlib.
“Qəbələ”nin futbolçuları yeni çempionatın hazırlığına iyulun 1-də başlayacaqlar. Qəbələdə 20 günlük hazırlığın ardından baş məşqçi Ramiz Məmmədov yetirmələrini Türkiyənin İzmit şəhərinə aparacaq. Komandanın Türkiyədəki təlim-məşq toplanışı avqustun 5-dək davam edəcək.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0