Azərbaycanlı məşqçi 6 aydan sonra tarix yazacaq
19.06.2009 - 23:00
“Kiyevdə Andrey Qusin, Sergey Kovalets, Viktor Qrişko, Sergey Puçkov kimi tanınmış ukraynalı futbolçular, hazırda məşqçi kimi çalışanlarla birgə kursda idim. Vaxtilə “Bakılı”da oynayan Puçkov “Tavriya”nın baş məşqçisidir”. Bunu apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan” klubunun sabiq baş məşqçisi Yunis Hüseynov deyib.
Məşqçilikdə ən yüksək kateqoriya sayılan “Pro” lisenziyasını almaq üçün Ukrayna paytaxtında təhsil alan Hüseynov bir müddət sevimli işindən kənarda qalacaq. Belə ki, “Karvan”la yollarını ayıran 44 yaşlı mütəxəssisə təklif gəlməyib. O, bir müddət istirahət etməli olacaq. İndi Hüseynovu məşqçilikdə ən yüksək dərəcəyə sahib çıxmaq daha çox maraqlandırır: “Pro” kateqoriyalı lisenziya kursunda 15 nəfər idik. Litvanın əsas və gənclər yığmasının çalışdırıcıları, “Paxtakor”un sabiq baş məşqçisi, Donetskin “Şaxtyor”unun uşaq futboluna rəhbərlik edən holland mütəxəssis, gürcü həmkarım Georgi Çuxradze da orada idi. Kiyevdə olduğumdan, Azərbaycan və İspaniya arasında yoldaşlıq görüşünü izləyə bilmədim. Ancaq həmin matç haqda kurs yoldaşlarım internet vasitəsilə məlumat almışdılar və bu oyunla bağlı müzakirələr apardıq”.
Hüseynov növbəti dəfə Kiyevə üç aydan sonra gedəcək: “Sentyabr, oktyabr, noyabr və dekabrda bir həftəlik kursda iştirak etməliyəm. İnşallah, dekabrda imtahan verib, “Pro” lisenziyasına sahib çıxacağam. Sentyabrda dərsləri Almaniyada, konkret “Bavariya” klubunun bazasında keçmək nəzərdə tutulub. Bizə bir sıra ukraynalı mütəxəssislər, o cümlədən tanınmış Semyon Altman müxtəlif istiqamətlərdə, mövzularda dərs deyir. Oktyabr, noyabr və dekabrda isə dərslər Kiyevdə olacaq”.
Qeyd edək ki, Yunis Hüseynov A kateqoriyasını da Kiyevdə alıb. İndiyədək ölkəmizdə “Pro” lisenziyasını daşıyan məşqçi yoxdur. Hüseynov “Pro” lisenziyası əldə etməklə, futbolumuzun tarixinə düşə bilər.

0
0