Rumıniyalı məşqçi iki futbolçumuzu bəyəndi
19.06.2009 - 14:48
“Azərbaycana qarşı oyunumuz gərgin keçdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rumıniyanın 17 yaşlılardan ibarət milli komandasının baş məşqçisi Florin Çeran deyib.
O, “FA of Moldova Cup” turniri çərçivəsində Azərbaycan və Rumıniya U-17-si arasında bu gün keçirilən oyundan sonra AFFA-nın rəsmi internet saytına açıqlama verib: “Hesabı açdıqdan sonra kobud səhvlərə yol verdik və rəqibimiz bunu bizə bağışlamadı. Azərbaycan yığması sürətli və intizamlı futbol oynadı. Rəqibimizin heyətində Rəhman Hacıyevlə Orxan Sadıqlının oyununu bəyəndim”.
Qeyd edək ki, Rumıniya ilə oyunda Azərbaycan yığması 2:1 hesabı ilə qalib gəlib.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0