Yığmamızın baş məşqçisi nəyə sevinir?
19.06.2009 - 14:55
Yığmamızın baş məşqçisi nəyə sevinir?
Azərbaycanı Kişinyovda keçirilən “FA of Moldova Cup” turnirində təmsil edən 17 yaşlılardan ibarət yığma komandanın baş məşqçisi Oliver Pelzer futbolçulardan razı qalıb. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis bu gün Rumıniya yığması üzərində 2:1 hesabı ilə qələbə qazandıqları görüşdən sonra AFFA-nın rəsmi saytına açıqlamasında oyun haqda fikirlərini bildirib. Pelzer nəticədə razı qalsa da, onu narahat edən məqam da var: “Komandamız intizamlı oynadı. Turnir ərzində keçirdiyimiz hər iki qarşılaşmada qol buraxmağımız yaxşı hal deyil. Bununla belə, hesabda geri olarkən ruhdan düşməməyimiz məni sevindirir. Futbolçularımın oyunundan razı qaldım”.

Qeyd edək ki, yığmamız moldovalı həmyaşıdlarını da 2:1 hesabı ilə məğlub edib.
0