“Çoxları Azərbaycan yığmasını ciddi rəqib hesab etmirdi” - MÜSAHİBƏ
19.06.2009 - 15:35
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi Emil Cabbarov AFFA-nın saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, yığmamızın dünya çempionatının İspaniyada keçirilən seçmə oyunlarındakı çıxışlarına toxunan mütəxəssis komandanın qarşıdakı planlarından bəhs edib.
- Milli komandamız iyunun 7-dən 14-dək İspaniyada keçirilmiş dünya çempionatının Avropa zonasının qrup mərhələsində qüvvəsini sınadı və 1/4 finala qədər irəlilədi. İspaniyada keçirilmiş oyunlarla bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Oyunlara yaxşı hazırlaşmışdıq. Bir neçə dəfə təlim-məşq toplanışı keçirmişdik. Bizi çətin oyunlar gözlədiyini bilirdik. Qrupda güclü rəqiblərlə - Portuqaliya, Almaniya və Avstriya kimi komandalarla mübarizə aparmağımıza baxmayaraq, yaxşı çıxış etdik. Portuqaliya haqqında geniş danışmağa ehtiyac yoxdur. Onlar Avropanın ən güclüsü, dünyada isə Braziliyadan sonra ikincidirlər. Ancaq onlarla qrup mərhələsində qarşılaşmağımız xeyrimizə oldu. Almaniya millisi də Avroliqada rəqiblərimizdəndir. Güclü heyətə malikdirlər. Lakin biz də zəif komanda deyilik. Buna qədər keçirilən turnirlərdə zəif olmadığımızı göstərmişdik. Portuqaliya və Avstriyaya uduzsaq da, Almaniyanı məğlub edərək qrupdan çıxdıq. Əsas məqsədimiz qrupdan çıxmaq idi, bunu da bacardıq. 1/4 final mərhələsində isə turnirin qalibi adını qazanan İspaniyaya məğlub olduq.
- İspaniyada keçirilən oyunların milli komandamız üçün nə kimi faydası oldu?
- İlk növbədə, bu oyunlar təcrübə toplamaq baxımından böyük əhəmiyyət kəsb etdi. Portuqaliya kimi güclü kollektivlə qarşılaşaraq həm oyun praktikamızı artırırıq, həm də uşaqlar təcrübə toplayırlar. İspaniyada çoxları bizi ciddi rəqib hesab etmirdi. Ancaq turnirdən sonra hamı bizim nəyə qadir olduğumuzu gördü. Bir neçə beynəlxalq turnirə dəvət aldıq.
- Millimizin nəticəsini qənaətbəxş hesab etmək olarmı? Ümumiyyətlə, belə nəticə gözləyirdinizmi?
- Hər oyuna qələbə əzmi ilə çıxırdıq. Uşaqlarda qələbəyə böyük inam var idi. Belə qısa zaman kəsiyində nəticə gözləmək düz olmasa da, pis çıxış etmədiyimizi düşünürəm. Çünki güclü kollektivlərlə mübarizə aparırdıq.
- İspaniya ilə oyunda sizi nə qane etmədi? Qələbə qazanmaq olardımı?
- Əvvəla, İspaniya turnirin ev sahibi idi. Üstəlik, yarışın qalibi oldular. Çox güclü komandadır. Bununla belə, qələbə qazana bilərdik, ancaq təcrübəsizlik öz sözünü dedi. Komandamız gənclərdən qurulub, bir qədər zamana ehtiyacımız var. İnanıram ki, qarşıdakı turnirlərdə daha yaxşı nəticələr əldə edəcəyik.
- Təşkilatçılıq və hakimlik hansı səviyyədə idi?
- Təşkilatçılıqla bağlı heç bir problem olmadı. Hər şey qaydasında idi. Turnirə yaxşı hazırlaşmağımız üçün AFFA tərəfindən hər bir şərait yaradılmışdı. Lakin hakimliklə bağlı iradlarımız oldu. Çünki bəzi oyunlarda haqsızlıqla üzləşdik.
- Qarşıdakı planlarınız nədir?
- Hələlik futbolçular istirahət edirlər. Yüngül zədəsi olanlar var. İyulun 1-dən etibarən yenidən bir araya gəlib, hazırlığımızı davam etdirəcəyik. Avroliqaya hazırlıq görürük. Bu yarış iyulun 15-dən 20-dək keçiriləcək. Avroliqada Almaniyadan başqa, İngiltərə ilə də üz-üzə gələcəyik. Oyunlar Londonda keçiriləcək. Ölkə çempionatının başlamasını gözləyirik. Budəfəki çempionatda daha çox komandanın iştirakı nəzərdə tutulur. Komandalar nə qədər çox olsa, yığmaya futbolçu seçmək bir o qədər asanlaşar. Bundan əlavə, çempion olan komanda ölkəmizi çimərlik futbolu üzrə Çempionlar Liqasında təmsil etmək hüququ qazanacaq. Bu da iştirak edən komandalar üçün əlavə stimuldur. Biz də məşqçi heyəti olaraq istedadlı futbolçuları üzə çıxarmağa çalışacağıq.
- Millinin heyətində dəyişikliklər gözlənilirmi?
- Xeyr, heyəti dəyişmək fikrində deyilik. Hazırkı futbolçulardan çox razıyam. Gənc komandamız var. Nə qədər çox oyun keçirsək, bir o qədər çox təcrübə toplayarıq. Təkcə məşqlərlə kifayətlənə bilmərik.

0
0