Sxadadze həmyerlisini “İnter”ə gətirdi
19.06.2009 - 16:06
Bakının “İnter” komandasında daha bir gürcü məşqçi çalışacaq. Bu barədə apasport.az saytına klubun prezidenti Georgi Nikolov məlumat verib. Onun sözlərinə görə, yeni baş məşqçi Kaxaber Sxadadzeyə həmyerlisi kömək edəcək. Bu, 51 yaşlı Zaur Svanadzedir.
Sxadadzenin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alması artıq həll olunan bu mütəxəssis Türkiyəyə yollanıb. Belə ki, Svanadze orada təlim-məşq toplanışında olan komandanın düşərgəsində yer alıb: “Svanadze futbolçu karyerasında Kutaisi “Torpedo”su, Tiflis “Dinamo”su, İsveçin bir sıra klublarında oynayıb. O, bu ölkədə məşqçi kimi də çalışıb. Zaur Tiflis “Lokomotiv”ində həm köməkçi, həm baş məşqçi işləyib. “Dinamo” klubunda həm futbol akademiyası, həm də əsas komandaya rəhbərlik edib. Vətənində aşağı yaş qruplardan ibarət yığmalarda da çalışıb. U-19-un baş məşqçisi, sonuncu iş yeri isə U-21 olub. Bu il həmin yığmada köməkçi məşqçi işləyirmiş”.
Sxadadzenin “İnter”də digər köməkçiləri öz məşqçilərimizdir. Bunlar ukraynalı sabiq baş məşqçiyə də yardım etmiş Elxan Abdullayev və qapıçılarla işləyən Camaləddin Əliyevdir.

0
0