Georgi Nikolov: ...bəxtimizə bircə “Rusenborq” düşməsin
19.06.2009 - 23:09
“Bildiyiniz kimi, püşkün nəticəsi bizdən asılı deyil. Əlbəttə ki, zəif rəqiblə görüşməyi hər bir komanda arzulayar. Bizə misal üçün, Lüksemburq təmsilçisinin düşməsini istərdim”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov deyib.
Ötən mövsüm Premyer Liqanın gümüş medalçısı olan paytaxt təmsilçisi ölkəmizi Avroliqada təmsil edəcək. İyunun 22-də UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək püşkatma mərasimində bütün iştirakçılarımızın rəqibləri müəyyənləşəcək. Keçən mövsüm Çempionlar Liqasında Makedoniyanın “Rabotniçki” və Serbiyanın “Partizan” klubları ilə görüşən Nikolov yenidən Balkan təmsilçilərini arzulayır: “Yaxud da, qonşu ölkələr, misal üçün, gürcülərlə oynamaq maraqlı olardı. Mübarizəyə ilk təsnifat mərhələsində başlasaq da, güclü rəqiblər da var. Bunlar əsasən Skandinaviya və Şərqi Avropa klublarıdır. İstəyim odur ki, yalnız Norveç “Rusenborq”u düşməsin”.
Qeyd edək ki, Avroliqanın ilkin təsnifat mərhələsində “İnter”lə yanaşı, Zaqatala “Simurq”u da çıxış edəcək. Bütün klublarımız ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Avroliqada daha bir təmsilçimiz olan “Qarabağ” isə ölkə kubokunun sahibi olduğundan, birbaşa mübarizəyə ikinci mərhələdən başlayacaq.

- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
0
0