Futbolçunun “Mercedes”ini kim və niyə yandırıb?
19.06.2009 - 17:44
Futbolçunun “Mercedes”ini kim və niyə yandırıb?
Rusiyanın Premyer Liqasında çıxış edən “Krılya Sovetov” klubunun futbolçusu İvan Taranovun avtomobili yandırılıb. Apasport.az saytının məlumatına görə, Samara şəhərində yaşayış binasının həyətində olan “Mercedes-300” tamamilə yararsız hala düşüb. Yanğın işçilərinin qiymətləndirilməsinə görə, bu, bilərəkdən edilib. Maşının üstünə benzin tökülüb, sonra isə yandırıb. Hazırda Kabardino-Balkariyada qısa müddətli məzuniyyətdə olan yarımmüdafiəçi baş verənlərdən özünə gələ bilmir: “Mən şokdayam. Başa düşmürəm, bütün bunlar kimə lazım idi? Mən Samarada heç kimlə dalaşmamışam, heç kimin yolunu kəsməmişəm. Hadisəyə ikiqat ona görə üzülürəm ki, maşın sığortalanmamışdı. Qısa məzuniyyətdən sonra Samaraya qayıdıb, maşını sığortalamaq istəyirdim”.