Tağızadə kuboka can atır
19.06.2009 - 17:50
Tağızadə kuboka can atır
“Nə Moldova, nə də Rumıniya yığması zəif rəqibdir. Sevinirəm ki, hər iki komandaya qarşı əzmkar mübarizə aparıb qələbə qazandıq”. Apasport.az-ın xəbərinə görə, bu fikirləri AFFA-nın rəsmi saytına açıqlamasında Azərbaycan 17 yaşlılardan ibarət yığma komandasının müdafiəçisi Ruslan Tağızadə deyib.

Onun heyətində yer aldığı yığmamız Kişinyovda iştirak etdiyi “FA of Moldova Cup” turnirində həm meydan sahibləri, həm də Rumıniya yığmasını 2:1 hesabı ilə üstələyib. Müdafiəçi bu qələbələri Azərbaycan xalqına həsr etdiklərini bildirib: “Həqiqətən də bu oyunlarda rəqiblərimizdən üstün çıxış etdik. Çalışacağıq ki, sona qədər yüksək səviyyədə oynayıb, vətənə kubokla dönək. Qələbələrimizi bütün xalqımıza ərməğan edirik”.