Hacıyevski klublarımıza sataşdı: Onlar kim gəlirsə, alırlar
20.06.2009 - 08:34
Çempionlar Liqasına hazırlaşan “Bakı” futbol klubu hələ də yeni transfer reallaşdıra bilməyib. Bu yaxınlarda komandaya baxışa gələn 2 gürcüstanlı və 1 braziliyalı futbolçu bəyənilməyərək, geri göndərilib. Əvəzində ikiqat Azərbaycan çempionunun sıralarını bir neçə futbolçu tərk edib. Onlardan Cəmşid Məhərrəmov ölkə kubokunun sahibi “Qarabağ”la anlaşıbsa, Deyan Brankoviç və Stanislav Baçevlə müqavilə uzadılmayıb. Bu arada Georgi Adamiyanın “Xəzər-Lənkəran”a keçəcəyi haqda xəbərlər yayılıb. Komandanın baş məşqçisi Qyoko Hacievski Lent.az-a açıqlamasında transfer bazarındakı passivliklərinin səbəbini açıqlayıb.
Makedoniyalı mütəxəssis Avropa kuboklarına hazırlaşan digər klublarımızdan fərqli olaraq, tələsməməyə üstünlük verdiyini bildirib: “Başqa klublar kim gəldi, götürürlər. Amma biz “Bakı”ya tələb olunan oyunçuları cəlb etmək məqsədi güdürük. İndiyədək bizə 100-dək futbolçu təklif ediblər. Menecerləri onların oyunlarının yazıldığı diskləri bizə göndəriblər. İyunun 23-də Sloveniyaya təlim-məşq toplantısına yollanacağıq. Məhz orada lazımi futbolçuları sınaqdan çıxaracaq və bəyəndiklərimizi heyətimizə qatacağıq”.
Müdafiəçi Cəmşid Məhərrəmovu gözlənilmədən “Qarabağ”a getdiyi üçün kəskin tənqid edən Hacıyevski onu “Bakı”ya qarşı yaxşı davranmamaqda günahlandırıb: “Cəmşid məhz “Bakı”da əsl futbolçu kimi yetişdi, milli komandaya cəlb olundu. Amma bu qədər əziyyətimizin qarşılığında onun bizə xəbər vermədən “Qarabağ”la müqavilə bağlaması heç yaxşı hərəkət deyil”.
Georgi Adamiyanın hazırda “Bakı”da məşq etdiyini deyən baş məşqçi gürcüstanlı legionerin “Xəzər-Lənkəran”a keçidinin hələ həllini tapmadığını bildirib. Onun sözlərinə görə, bu məsələyə klubun baş meneceri Zeynal Məmmədovla Adamiya arasında danışıqlardan sonra aydınlıq gələcək: “Görünür, “Xəzər-Lənkəran” daha çox pul təklif etdiyindən, Georgi “Bakı”dan ayrılmaq istəyir. Amma hələ məsələ açıq qalır”.
Hacıyevski, həmçinin Azərbaycan və Moldova yığmalarında çıxış etmələri ilə əlaqədar istirahət verdiyi Saşa Yunisoğlu, Fabio Luis Ramim, Aleksey Savinov və Vadim Boretsin bu gündən məşqlərə başladığını vurğulayıb.

0
0