Bizə bir xal lazımdır...
20.06.2009 - 09:59
Bizə bir xal lazımdır...
“FA of Moldova Cup” turnirində mübarizə aparan Azərbaycan yığmasının çempion olması təxirə salınıb. Apasport.az saytının məlumatına görə, yarışda keçirdiyi hər iki matçda eyni – 2:1 hesablı qələbələr qazanan komandamız sonuncu tur ərəfəsində birinci yeri təmin edə bilərdi. İkinci turun son oyununda xal itirməklə Azərbaycanın çempionluğunu rəsmiləşdirəcək Belarus millisi buna imkan verməyib.

Meydan sahibləri moldovalılarla qarşılaşan belarusluların 2:1 hesabı ilə qalib gəlməsi üçüncü turun formallığa çevrilməsinə də əngəl olub. Bu qarşılaşmadan sonra turnirin qalibinin adına sabah keçiriləcək son tur aydınlıq gətirməlidir. Belarusla görüşən millimiz hətta heç-heçə edəcəyi halda, Moldovanı çempion kimi tərk edəcək. Məğlubiyyət isə baş məşqçi Oliver Pelzerin yetirmələrini ikinciliklə barışdıracaq.

Bu matç Sureçeni şəhərinin “Sent Corc” stadionunda baş tutacaq. Bakı vaxtı ilə saat 12:00-da başlayan matçdan bir saat sonra isə ilk iki turun bütün oyunlarının keçirildiyi Kişinyovda Moldova ilə Rumıniya üz-üzə gələcək.

1

Azərbaycan

2

2

0

0

4-2

6

2

Belarus

2

1

1

0

3-2

4

3

Rumıniya

2

0

1

1

2-3

1

4

Moldova

2

0

0

2

2-4

0