“Simurq” Kiyev “Dinamo”sunun futbolçusunu geri qaytardı
20.06.2009 - 10:09
"Simurq" klubu ukraynalı futbolçudan imtina edib. Apasport.az saytının məlumatına görə, müdafiəçi Aleksandr Şevelyuxinlə müqavilə cəmi iki gün etibarlı olub.
Belə ki, yeni transfer olunan futbolçunun xidmətlərindən imtina etmək qərara alınıb. Buna Şevelyuxin ilə klub arasında müxtəlif məsələlərdə yaranan fikir ayrılığı səbəb olub. Bu üzdən bir illik bağlanan müqavilənin ikitərəfli şəkildə pozulmasına qərar verilib. Şevelyuxin artıq Ukraynaya qayıdıb.
Qeyd edək ki, Kiyev “Dinamo”sunun yetirməsi olan 27 yaşlı müdafiəçi vətəninə bağlı olan karyerası ərzində “Dinamo-3”, “Dinamo-2”, “Arsenal”, “Krivbass”, “Vorskla”, “İliçevets”, “Lvov” və “Zakarpatye”də çıxış edib.

- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
0
0