Ergün Pəmbə: Azərbaycanda çalışmaq variantım alınmadı
20.06.2009 - 10:10
Türkiyə yığmasının və “Qalatasaray” klubunun sabiq müdafiəçisi Ergün Pəmbənin Azərbaycana gəlmək variantı düyünə düşüb. Apasport.az saytının məlumatına görə, futbolçu karyerasını bitirdikdən sonra məşqçiliyə başlayan Pəmbə “Konyaspor” klubunu çalışdıra bilər.
Bir müddət əvvəl Azərbaycandan təklif aldığını açıqlayan Ergün artıq bunun gerçəkləşməyinə inamını itirib. Elə bu səbəbdən də o Superliqanı tərk edib aşağı dəstəyə yuvarlanan konyalıların “sükanı arxasına” keçəcəyi anı gözləyir: “Konyaspor” rəhbərliyinin konqresi keçirilməlidir. Burada qəbul olunacaq qərarlara əsasən mənimlə danışıqlara başlayacaqlarını söz vermişdilər. Buna görə də gözləyirəm. Düzdür, başqa yerlərdə də adım hallanır. Amma rəsmi heç nə yoxdur. Azərbaycandan təklif almışdım. Amma bundan bir nəticə hasil olmadı. Qarşıda vaxtımız var, gözləyirik. Ən inandırıcı variant da “Konyaspor”la bağlıdır”.
Qeyd edək ki, ötən mövsüm Türkiyə Superliqasında sonuncu yeri tutan “Hacettepe”də çalışan Pəmbə futbolçu karyerası ərzində Türkiyə yığması ilə dünya çempionatının bürünc mükafatını, həmçinin “Qalatasaray”la UEFA kubokunu qazanıb.

0
0