“Simurq”: Avropaya 19 futbolçu ilə
20.06.2009 - 10:22
“Simurq”: Avropaya 19 futbolçu ilə
Zaqatalanın “Simurq” klubunun Avropa Liqasındakı heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, avrokuboklarda debüt edəcək Premyer Liqanın bürünc mükafatçısının UEFA-ya göndərəcəyi iştirak ərizəsi dəqiqləşib. “Simurq" 2009/10-cu illər mövsümünün Avropa Liqası üçün tərtib olunan siyahıya 19 futbolçunun adını salıb. İştirak ərizəsi bu gün UEFA-ya göndəriləcək.

Yarışların əsasnaməsinə görə, "Simurq" Avropa Liqasında keçirəcəyi ilk oyun gününə - iyulun 2-dək daha bir futbolçunun adını iştirak ərizəsinə sala bilər.

“Simurq”un Avropa Liqası üçün iştirak ərizəsi:

1. Taras Çopik (qapıçı, 02.02.1972, Ukrayna)
3. Rasim Ramaldanov (müdafiəçi, 24.01.1986, Azərbaycan)
4. Aleksandr Malıgin (müdafiəçi, 27.11.1979, Rusiya)
5. Sergey Sokolov (müdafiəçi, 12.03.1977, Azərbaycan)
7. Gennadi Solonitsin (yarımmüdafiəçi, 03.01.1980, Latviya)
9. Elşən Məmmədov (hücumçu, 20.06.1980, Azərbaycan)
10. Aleksandr Popoviç (yarımmüdafiəçi, 09.04.1977, Moldova)
13. Vladimir Mazyar (hücumçu, 28.09.1977, Ukrayna)
14. Sergey Artyux (hücumçu, 25.07.1985, Ukrayna)
15. Tural Cəlilov (yarımmüdafiəçi, 28.11.1986, Azərbaycan)
17. Kaxaber Çxetiani (müdafiəçi, 24.02.1978, Gürcüstan)
18. David Bolkvadze (yarımmüdafiəçi, 05.06.1980, Gürcüstan)
19. Yuri Bulıçev (müdafiəçi, 12.10.1982, Ukrayna)
20. Mixail Maxviladze (müdafiəçi, 22.07.1978, Gürcüstan)
21. Nikolay Petrov-Valev (hücumçu, 24.04.1981, Bolqarıstan)
22. Qriqol Dolidze (yarımmüdafiəçi, 25.10.1982, Gürcüstan)
23. Roman Axalkatsi (yarımmüdafiəçi, 20.02.1981, Gürcüstan)
25. Ramil Sayadov (yarımmüdafiəçi, 11.07.1983, Azərbaycan)
44. Rauf Mehdiyev (qapıçı, 17.10.1976, Azərbaycan)

Qeyd: futbolçunun soyadından sonra mötərizədə ampluası, doğum tarixi və vətəndaşlığı göstərilib.