“Valensiya”nın prezidenti: Vilya satılmayacaq, amma...
20.06.2009 - 10:40
İspaniya yığmasının futbolçusu David Vilya satılmır. Apasport.az saytının məlumatına görə, “Valensiya” milli komandanın tarixində ikinci ən yaxşı bombardir olan hücumçunu başqa kluba satmayacağını bəyan edib.
Vilyanın agenti Xose Luis Tamarqo ilə görüşən klub prezidenti Manuel Lyorente Davidlə ayrılmayacaqlarını təsdiqləyib. Lakin onun üçün istisna hal da var: “Günlərlə düşünüb Vilyanın transferinin müsbət və mənfi cəhətlərini təhlil etdik. Bəxtimiz gətirib ki, belə bir oyunçu “Valensiya”da oynayır. O, Avropanın ən yaxşı hücumçusudur. Biz onu saxlamaq üçün “döyüşəcəyik”. David çox əhəmiyyətli oyunçudur. Son günlər qulağıma cürbəcür şayiələr çatıb ki, guya Vilya satılıb. Amma bunlar boş şayiədən artıq bir şey deyil. Biz onu satmamışıq və satmırıq da. Yalnız bir halda – çox-çox böyük, qalmaqala səbəb ola biləcək məbləğin qarşılığında Vilyanın transferi ilə bağlı təklifi götür-qoy edə bilərik”.
Qeyd edək ki, 2008-ci ildə keçirilən Avropa çempionatının ən yaxşı bombardiri olan David iyunun 9-da keçirilən Azərbaycan – İspaniya matçında iştirak edib. Tofiq Bəhramov adına Respublika stadionunda cəmi 45 dəqiqə meydanda olan hücumçu 34 dəqiqə müqavimət göstərən yığmamızın qapısının “açar”ını tapmaqla 11 dəqiqəyə üç qol vurub əvəzlənmişdi.

0
0