Todorov da klubdan qaçır, Kostadin də
20.06.2009 - 11:07
Todorov da klubdan qaçır, Kostadin də
Bolqarıstanlı futbolçular klublarından əmək haqqını ala bilmədiyi üçün federasiyaya şikayət ediblər. Apasport.az saytının məlumatına görə, maliyyə çətinlikləri ilə üzləşən “Botev” klubu dağılmaq təhlükəsilə üzləşib.

Belə ki, komandanın 11 futbolçusu əmək haqlarını ala bilmədiyi üçün klubdan ayrılmağa qərar verib. “Botev”dən qaçanların biri klub rəhbərliyi ilə danışaraq müqavilənin qarşılıqlı razılıqla pozulmasına nail olub. Digər 10 futbolçu isə məsələyə baxılması üçün Bolqarıstan Futbol İttifaqına şikayət ediblər. Kostadin Qacalov da daxil olmaqla, səkkiz futbolçu son anda “Botev”dən narazılıqlarını büruzə veribsə, Zdravko Stankov və Miroslav Todorov onlardan əvvəl quruma şikayət ediblər. Bu oyunçuların klubdan qaçması “Botev”i çətin vəziyyətdə qoya bilər. Onların maaşları ödənməyəcəyi halda, komandanın yeni transferlərini sifariş etməsinə qadağa qoyula bilər.

Qeyd edək ki, son illər Azərbaycan klublarında çıxış etmiş Marko Dafçev və Georg Vladimirov vaxtilə “Botev”in şərəfini qoruyub.
0