Quiza: O uşağın atası mənəm, Roberto Karlos yox!
20.06.2009 - 12:02
Quiza: O uşağın atası mənəm, Roberto Karlos yox!
İspaniya yığmasının və Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Daniel Quiza sevgilisindən ayrılmasının əsl səbəbini açıqlayıb. Apasport.az saytının məlumatına görə, hələlik həyat yoldaşı Rasio Aranda ilə boşanmanı rəsmiləşdirməyən hücumçu sevgisinin də əziyyətini çəkir. Belə ki, Daniel artıq keçmiş sevgilisi sayılan Nuria Bermudeslə münasibətlərinə məhkəmə vasitəsilə aydınlıq gətirməyə qərar verib.

Danielə məxsus evdə yaşayan gözəlçə bu evi də əldən buraxmaq istəmir. Əlacı hər yerdən kəsilən Quiza məhkəməyə üz tutub: “Hamı bilir ki, Nuria hamilədir. Qəzetlərdən birində yazılmışdı ki, uşağın atası mən yox, Roberto Karlosdur. Utandığımdan yerə girdim. Özümü çox pis hiss edirdim. Roberto ilə telefonla danışıb, dedi-qodulara inanmamağını xahiş etdim. O da mənə narahat olmamağı məsləhət gördü. Hamı qulaqlarını açsın, eşitsin: uşaq mənimdir”.

Futbolçunun problemi bununla bitmir. O, Rasiodan olan oğlunu görmək üçün eks-həyat yoldaşından balacanı Türkiyəyə göndərməyi xahiş etsə də, əks tərəfdən ikibaşlı cavab alıb. Aranda "mənsiz olmaz"- deyə, körpəni tək göndərməkdən imtina edib.
0