Azərbaycanlı futbolçu polisi vurdu
20.06.2009 - 12:13
Azərbaycanlı futbolçu polisi vurdu
Türkiyə yığmasının futbolçusu Sərvət Çətin avtomobil qəzasına düşüb. Apasport.az saytının məlumatına görə, əslən azərbaycanlı olan müdafiəçi şəxsi avtomobili ilə polis maşınını vurub.

Onun idarə etdiyi “Audi” iş başına tələsən ədalət keşikçilərini aparan avtobusa çırpılıb. Qəza zamanı xəsarət alan olmayıb. Buna baxmayaraq, hadisənin baş verməsində günahı olan Çətin cərimə olunub. Buna onun sığorta olunmamış avtomobil sürməsi səbəb olub. Bundan başqa, futbolçu polis avtomobilinin də təmir xərclərini ödəməli olacaq.

Qeyd edək ki, Sərvət Fransanın “Marsel” klubuna keçmək üzrədir.
0