Milli komandanın futbolçuları qarət olundu
20.06.2009 - 23:59
Misir yığması CAR-da Konfederasiyalar kuboku çərçivəsində İtaliya ilə matçda iştirak etdiyi zaman komandanın qaldığı oteldə bəzi futbolçuların otaqlarında oğruluq baş verib. Apasport.az saytının məlumatına görə, oğrular misirlilərin böyük məbləğdə nağd pulunu - bir neçə min dollarını aparıblar. CAR polisi artıq hadisə ilə bağlı istintaqa başlayıb.
Yeri gəlmişkən, Misir yığması italyanlara qalib gələn (1:0) ilk Afrika komandası olub. İtaliya millisi bundan əvvəl ən pis halda 1982-ci ilin dünya çempionatında Kamerunla (1:1) və 2005-ci ildə Kot d’İvuarla (1:1) heç-heçə etmişdi.

- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
0
0