Belaruslu mütəxəssis Azərbaycan yığmasını tərifləyib
22.06.2009 - 09:18
Belaruslu mütəxəssis Azərbaycan yığmasını tərifləyib
Moldovada keçirilən “FA of Moldova Cup” turnirinin qalibi olan Belarusun 17 yaşlılardan ibarət komandasının baş məşqçisi Yuri Maleyev Azərbaycan yığmasını tərifləyib. Apasport.az saytının məlumatına görə, belaruslu mütəxəssis yarışın son günündə 2:0 hesabı ilə məğlub edərək, ikinci pilləyə sıxışdırdıqları yığmamızı çox bəyənib. Matçdan sonra AFFA-nın rəsmi internet saytına oyunla bağlı fikirlərini açıqlayan Maleyev bu nəticədə bəxt amilinin rolunu vurğulayıb: “Turnirin iki güclü komandası qarşılaşdığından oyun çox maraqlı və gərgin keçdi. Azərbaycan futbolçuları texniki cəhətdən güclü olsalar da, bəxt amili öz sözünü dedi və biz qalib gəldik”.

Qeyd edək ki, Moldovadakı turnirdə üç oyun keçirən 17 yaşlılardan ibarət milli komandamız iki qələbə qazanıb, bir matçda məğlub olaraq 4 top vurub, eyni sayda da buraxıb.