Milli komandamızın baş məşqçisi nədən gileylənir?
22.06.2009 - 09:22
Milli komandamızın baş məşqçisi nədən gileylənir?
Azərbaycanın 17 yaşlılardan ibarət milli komandasının baş məşqçisi Oliver Pelzer bəxtsizlikdən şikayətlənib. Apasport.az saytının məlumatına görə, Moldovada keçirilən “FA of Moldova Cup” turnirinin son oyununda Belarusa 0:2 hesabı uduzduqdan sonra almaniyalı mütəxəssis məğlubiyyətin səbəbini açıqlayıb. Oyunla bağlı AFFA-nın rəsmi internet saytına fikri bildirən Pelzer dörd komandanın iştirak etdiyi turnirdə ikinci yeri tutmağı da qənaətbəxş sayır: “Meydana qələbə əzmi ilə çıxmışdıq və buna da imkan var idi. Ancaq bəxt rəqib tərəfində oldu. Bu cür komandaların qatıldığı turnirdə ikinci yeri tutmaq heç də pis deyil”.

Qeyd edək ki, ilk iki turda Moldova və Rumıniyanı eyni – 2:1 hesabı ilə məğlub edən Azərbaycan yığması 6 xalla turnirdə ikinci yeri tutub.