Braziliya İtaliya yığmasını darmadağın etdi
22.06.2009 - 09:36
Konfederasiyalar Kubokunun qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, həftəsonu baş tutan üçüncü turun oyunlarından sonra yarışın yarımfinalçıları məlum olub.
Qrup mərhələsini yüz faizli nəticə ilə başa vuran İspaniya və Braziliya yığmaları qrup qalibi kimi növbəti mərhələyə yüksəlib. Son Avropa çempionları hələ də Konfederasiyalar Kubokunda qol buraxmayıbsa, cənubi amerikalılar hamıdan çox qol vurmaqla fərqlənib. Son matçda İspaniya meydan sahibləri – CAR-ı iki cavabsız qolla məğlub etdisə, braziliyalılar son dünya çempionu İtaliyanı dayandırdı. Marçello Lippinin yetirmələri bu darmadağınla yarımfinala həsrət qaldı. Artıq fasiləyədək apenninlilərin qapısına üç qol vuran sambaçılar rəqibini qrupda saxlamaqla İspaniyanın da işini yüngülləşdirdi. Belə ki, pireneylilər yarımfinalda dünya çempionu ilə deyil, son turun qəhrəmanlarından biri ilə qarşılaşacaq. Konfederasiyalar Kubokunun sonuncu turunun qəhrəmanları bu matçadək xala həsrət komandalar oldu. Onlar ikinci yerin sahibinin müəyyənləşməsində pay sahibi olmağı bacardı. A qrupunda Yeni Zelandiya İraqa müqavimət göstərməklə, həm ilk xalını qazandı, həm də meydan sahiblərini yarımfinala daşıdı. Digər qrupda isə ABŞ ilk qələbəsini qazanmaqla, özü ikinci yerə yüksəldi.
Konfederasiyalar kuboku, 3-cü tur
20 iyun, A qrupu
İspaniya - CAR - 2:0
Vilya, 52, Lorente, 72.
İraq – Yeni Zelandiya - 0:0
21 iyun, B qrupu
İtaliya – Braziliya 0:3
Luis Fabiano, 37, 43, Dossena, 44-öz qapısına.
Misir – ABŞ 0:3
Devis, 21, Bredli, 63, Dempsi, 71.
Bombardirlər: Vilya, Torres (hər ikisi İspaniya), Luis Fabiano (Braziliya) – 3.
Yarımfinal mərhələsinin oyunları:
24 iyun: İspaniya – ABŞ
25 iyun: Braziliya - CAR

1 | İspaniya | 3 | 3 | 0 | 0 | 8-0 | 9 |
2 | CAR | 3 | 1 | 1 | 1 | 2-2 | 4 |
3 | İraq | 3 | 0 | 2 | 1 | 0-1 | 2 |
4 | Yeni Zelandiya | 3 | 0 | 1 | 2 | 0-7 | 1 |
21 iyun, B qrupu
İtaliya – Braziliya 0:3
Luis Fabiano, 37, 43, Dossena, 44-öz qapısına.
Misir – ABŞ 0:3
Devis, 21, Bredli, 63, Dempsi, 71.
1 | Braziliya | 3 | 3 | 0 | 0 | 10-3 | 9 |
2 | ABŞ | 3 | 1 | 0 | 2 | 4-6 | 3 |
3 | İtaliya | 3 | 1 | 0 | 2 | 3-5 | 3 |
4 | Misir | 3 | 1 | 0 | 2 | 4-7 | 3 |

0
0