“Neftçi”nin legioneri evləndi
22.06.2009 - 11:25
Bakının “Neftçi” klubunun sabiq futbolçusu Con Tamburasın komandadan ayrılmasının səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, bakılıların qışda transfer edib cəmi 5 aydan sonra yollarını ayırdığı avstraliyalı müdafiəçi vətəninə qayıdışının səbəblərini açıqlayıb. Yaşıl qitə çempionatında çıxış edən “Nort Queensland Furi” klubu ilə üç illik müqavilə imzalayan Tamburas Azərbaycanda yaşamağa çətinlik çəkirmiş. Belə ki, ailə həyatı qurmaq istəyi və gözəl Valeri haqda fikirlər onun Avstraliyadan kənarda yaşamasına, yaxşı oyun göstərməyinə əngəl olurmuş. Elə buna görə də, “Neftçi”dən ayrılan kimi vətəninə qayıdan 30 yaşlı futbolçu uzun illərdir sevgilisi olan Valeri ilə nigah masasına əyləşib. Con bu evlilikdən sonra qitəni tərk etməyəcəyini qətiləşdirib.
0
0