“Trabzonspor” Azərbaycan klublarını görüşə çağırdı
22.06.2009 - 12:53
“Trabzonspor” Azərbaycan komandaları ilə yoldaşlıq görüşü keçirmək istəyir. Bu barədə apasport.az saytına açıqlamasında Trabzon təmsilçisinin meneceri Caner Çuvalcıoğlu məlumat verib. Onun sözlərinə görə, bu variantı reallaşdırmağa hazırdırlar.
“İstərdik ki, Azərbaycan komandaları ilə görüşək, yoldaşlıq oyunu keçirək. İnşallah, belə bir variant olarsa, sevə-sevə dəyərləndirərik. Təbii ki, klublarınızla oynamaq istərdik” – deyə Çuvalçıoğlu bildirib.
İndiyədək “Trabzonspor”da bir futbolçumuz çıxış edib ki, bu da 1996-cı ildə komandanın formasını geyinən Vladislav Lıçkindir. Yarımmüdafiəçi Bakıda keçirilən Azərbaycan – Türkiyə görüşündən sonra “Trabzonspor”un diqqət mərkəzinə düşərək, tezliklə transfer olundu. Çüvalcıoğludan gələcəkdə futbolçularımız, o cümlədən hazırda özünə yeni klub axtaran, türkiyəlilərə yaxşı tanış olan milli komandamızın kapitanı Rəşad Sadıqovun transferini mümkünlüyünü soruşduq. Onun buna cavabı qısaca oldu: “İnşallah, qismət olsa, bunu gerçəkləşdirərik”.
Qeyd edək ki, ötən mövsüm Superliqanın bürünc medalçısı olan “Trabzonspor” Türkiyəni Avroliqada təmsil edəcək. Bu komanda ilə indiyədək nə rəsmi, nə də yoldaşlıq görüşü çərçivəsində üzləşmişik.

- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
0
0