ŞOK: Türkiyə yığmasının 11,7 milyon manat vergi borcu var
22.06.2009 - 13:21
2002-ci ildə Cənubi Koreya və Yaponiyada keçirilmiş dünya çempionatında bürünc medal qazanan Türkiyə milli komandasına şok ittihamlar irəli sürülüb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 7 il öncə tarixi uğura imza atmış futbolçuların 23 milyon lirə (təxminən 11,7 milyon manat) vergi borcları var.
Məsələ burasındadır ki, Türkiyə Futbol Federasiyasının (TFF) rəhbərliyi bürünc medal qazanması münasibətilə yığmanın 26 üzvünə 75 min, ardından 118 min, daha sonra 175 min lirə (hər futbolçuya 368 min lirə) mükafat verib. Beşiktaş Vergi İdarəsi futbolçuları gəlir vergisini ödəməməkdə günahlandırır. Bu idarə ilə TFF arasında uzun müddətli danışıqlar nəticə verməyib və iş məhkəməyə düşüb.
Milli komandanın üzvlərinə qarşı cərimənin məbləği 3 dəfə hesablanıb. Öncə məbləğ 4 milyon 356 min 323 lirə, sonra faizlə birgə 8 milyon 172 min olub. Lakin Beşiktaş Vergi İdarəsi cərimənin 23 milyon təşkil etdiyini bildirir. Hərçənd, TFF rəsmiləri gəlir vergisinin ödənildiyini israr edirlər. Məhkəmə Beşiktaş Vergi İdarəsinin lehinə qərar çıxaracağı təqdirdə, 2002-ci il dünya çempionatının bürünc mükafatçıları vergi ödəməli olacaqlar.
Dünya çempionatında Türkiyə yığmasının kapitanı olmuş Bülənt Korkmaz vergi ilə bağlı yayılan xəbərləri təəccüblə qarşılayıb: “Bunlardan xəbərim yox idi. Vergi ödəmək lazım olduğunu eşidəndə təəccübləndim. Pul mükafatı almışdıq, elə hesab edirdik ki, gəlir vergisi ödənilib. Yenə də düşünmürəm ki, bizə qarşı cəza tətbiq olunacaq”.
2002-ci ildə dünya çempionatının bürünc medal qazandıqlarına görə pul mükafatına layiq görülən futbolçular:
1. Rüştü Rəcbər, 2. Ömər Çatkıç, 3. Zəfər Özgültəkin, 4. Bülənt Korkmaz, 5. Əmrə Aşık, 6. Fatih Akyel, 7. Ümit Özat, 8. Alpay Özalan, 9. Ərgün Pəmbə, 10. Abdullah Ercan, 11. Tayfur Havutçu, 12. Hakan Ünsal, 13. Əmrə Belözoğlu, 14. Okan Buruk, 15. Ümit Davala, 16. Yıldıray Baştürk, 17. Mustafa İzzət, 18. Hakan Şükür, 19. Arif Ərdəm, 20. Hasan Şaş, 21. İlhan Mansız, 22. Nihat Kahveci, 23. Tuqay Kərimoğlu, 24. Sərhat Akın, 25. Cihan Haspolatlı, 26. Metin Aktaş

0
0