AFFA-nın sabiq inzibatçısı cinayət başında yaxalandı
22.06.2009 - 13:55
Bakı polisi “Vətən” futbol məktəbinin məşqçisi Zamin Əsədullayevi həbs edib. Apasport.az-ın vesti.az saytına istinadən məlumatına görə, 30 yaşlı Əsədullayev Bədən Tərbiyəsi və İdman Akademiyasının saxta diplomunu 3200 dollara satmağa cəhd göstərərkən yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir ki, məşqçiyə saxta diplomları AFFA-nın inzibatçısı Eldar Rəhimov verib. Rəhimovun evində saxta diplom çap etmək üçün texniki avadanlıqlar aşkarlanıb.
Fakt üzrə cinayət işi açılıb, araşdırma aparılır.
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu isə apasport.az saytına açıqlamasında bildirib ki, saxta diplom çapında günahlandırılan Eldar Rəhimov hazırda qurumun işçisi deyil: “Eldar Rəhimov AFFA-nın sabiq əməkdaşıdır. O, vaxtilə assosiasiyada çalışıb və hazırda bu qurumun işçisi sayılmır”.

- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
0
0