“Xəzər-Lənkəran” bolqarıstanlı müdafiəçi ilə müqavilə bağlayıb
22.06.2009 - 14:03
Bolqarıstanlı futbolçu Radomir Todorov daha bir il “Xəzər-Lənkəran” komandasının şərəfini qoruyacaq. Apasport.az saytının məlumatına görə, klubla daha bir il müddətinə anlaşdığını 29 yaşlı müdafiəçini özü açıqlayıb: “İki ildir oynadığım “Xəzər-Lənkəran”la daha bir il müddətinə müqavilə bağladım. Arxada qalan iki mövsüm isə bir-birindən fərqli oldu. İlk mövsümdə kuboku qazansaq da, çempion ola bilmədik. Əvəzində Çempionlar Liqasında güclü Zaqreb “Dinamo”suna uduzsaq da, yaxşı oynadıq. Üstəlik, “Birlik kuboku”nu da əldə etdik. Son mövsümdə isə heç nə qazanmadıq. Etiraf edim ki, “Xəzər-Lənkəran”ı tərk etmək istəyirdim. Fevralda – oğlum Teodor dünyaya gələndə vətənə qayıtmalı olduğuma qərar vermişdim. Elə Varna “Spartak”ında oynayacaqdım. Amma sonradan yaxşı götür-qoy etdim və daha bir il “Xəzər-Lənkəran”da oynamağa razılıq verdim”.
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
0
0