“Qarabağ” milli komandanı məğlub etdi
22.06.2009 - 14:32
“Qarabağ” milli komandanı məğlub etdi
Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, iyunun 19-dan Bakıda təlim-məşq toplanışı keçirən 19 yaşadək futbolçulardan ibarət yığmamız Avropa Liqasına hazırlaşan “Qarabağ”la görüşüb. Bu gün Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilən matçda ağdamlılar çətin qələbə qazanıb. Qarşılaşmanın 8-ci dəqiqəsində Vüqar Nadirovun vurduğu qol “Qarabağ”a 1:0 hesablı qələbə gətirib.