Qyoko Hacıyevski: “Ekranas” klubundan çəkinmirik
22.06.2009 - 14:38
“Demək olar ki, püşkdə bəxtimiz gətirdi. Hər halda, Litvanın “Ekranas” klubu çəkindiyim rəqiblər sırasında deyildi”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.
Püşkün nəticəsindən razı qalan 54 yaşlı makedoniyalı mütəxəssis turnirin ikinci təsnifat mərhələsinə çıxmaq iddiasındadır: “Bununla demək istəmirəm ki, ən asan püşk bizə düşdü. “Ekranas” potensial rəqiblərimiz arasında elə də zəif deyil. Sadəcə, münasib rəqibdir və bəxt üzümüzə güldü. Bir sıra rəqiblər var idi ki, bunlarla düşməyi heç istəmirdim. Bunlar Serbiyanın “Partizan”, Xorvatiyanın “Dinamo”, Avstriyanın “Zalsburq” klubları idi. Yaxşı oldu ki, onlarla düşmədik. “Ekranas”la düşməyimiz ikinci mərhələyə keçməyə bizə yaxşı şans verir. Üstəlik, ilk oyunu səfərdə keçirəcəyik. Litva futbolu haqda məlumatım var. Rəqibi daha yaxından öyrənməyə çalışacağıq”.

0
0