Qyoko Hacıyevskinin litvalılarla haqq-hesabı varmış!
22.06.2009 - 23:00
“Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski litvalıları üstələyə bilməyib. Apasport.az saytının hesablamalarına görə, 54 yaşlı makedoniyalı mütəxəssis Çempionlar Liqasının ilkin təsnifat mərhələsində görüşəcəyi Litva təmsilçisi ilə indiyədək iki dəfə görüşüb və hər ikisində uduzub.
Hacıyevski milli komandasını çalışdırdığı üç illik müddətdə (1996-99-cü illər) Litva yığması ilə bir qrupda yer alıb. Bu, 1998-ci il dünya çempionatının seçmə mərhələ oyunlarına təsadüf edib. 1997-ci il sentyabrın 6-da Makedoniyada keçirilən oyunda Hacıyevskinin komandası 1:2, həmin ilin oktyabrın 11-də səfərdəki görüşdə 0:2 hesabı ilə uduzub. Göründüyü kimi, Hacıyevskinin litvalılarla öz haqq-hesabı var. İndi təcrübəli mütəxəssis onların məğlubiyyətini əvəzini “Bakı”nın sükanı arxasında çıxmaq, qisas almaq iddiasındadır.
Qeyd edək ki, “Bakı” Çempionlar Liqasının ilk təsnifat mərhələsində Litvanın “Ekranas” klubu ilə görüşəcək. Komandamız ilk oyunu səfərdə keçirəcək.

0
0