“Bu, kəsilməmiş qarpız kimi bir şeydir”
22.06.2009 - 18:29
“Çox təcrübəli rəqiblə düşmüşük. Hesab edirəm ki, Avroliqada biz elə də asan olmayacaq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Zaqatalanın “Simurq” klubunun prezidenti Zaur Məmmədov deyib.
Avrokuboklarda debüt edəcək Zaqatala təmsilçisi ilkin təsnifat mərhələsində İsrailin “Bney İequda” klubu ilə qüvvəsini sınayacaq. İsveçrənin Nyon şəhərində püşkatma mərasiminə qatılan Məmmədov rəqib komandanın nümayəndələri ilə görüşmək imkanı da əldə edib: “Püşkdən sonra “Bney İeuda” klubunun nümayəndələri ilə görüşdük, təşkilatı işləri müzakirə etdik. Püşkün nəticəsinə əsasən, ilk olaraq biz rəqibi qəbul edəcəyik. Bu oyun iyulun 2-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Rəqibin nümayəndələri klubumuzun meneceri ilə təşkilati məsələləri daha yaxından müzakirə edəcəklər. Bu məqsədlə onların 2 gün sonra Bakıya gəlişi gözlənilir. Biz avrokuboklarda debüt edəcəyik. Buna görə dəqiq deyə bilmərəm ki, ilk oyunu evdə, yaxud səfərdə keçirmək daha münasibdir. Bu, kəsilməmiş qarpız kimi bir şeydir”.
“Simurq”un prezidenti güclü, təcrübəli rəqiblə düşmələrinə baxmayaraq, komandasına güvənir: “Rəqib haqda artıq məlumatımız var. Bilirik ki, 1936-cı ildə yaradılıb, dəfələrlə ölkə çempionu olub. Göründüyü kimi, “Bney İequda”nın böyük tarixi var. Hər halda, tarixi 1936-cı ildən başlayan rəqibi 3-4 ilin komandası olan “Simurq”la tərəzinin eyni gözünə qoymaq düzgün olmazdı. Bununla belə, komandamızın qoyulan vəzifənin öhdəsindən layiqincə gələcəyinə inanıram. Növbəti mərhələyə çıxmağa çalışacağıq. İsraillilərin də bizim komanda haqda müəyyən informasiyaları var. Hesab edirəm ki, rəqibə də elə asan olmayacaq. Onlar bizdən çəkinirlər”.
Qeyd edək ki, ötən mövsüm Azərbaycan Premyer Liqasının bürünc medalçısı olan “Simurq” Bakının “İnter” klubu kimi, Avroliqada mübarizəyə ilk təsnifat mərhələsindən başlayacaq.

0
0