AFFA milli komandanı mükafatlandırdı
22.06.2009 - 18:11
Bu gün Futbol akademiyasında çimərlik futbolu üzrə Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, Sahə Futbol Federasiyaları İctimai Birliyinin prezidenti Mahir Məmmədov, Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi və başqaları iştirak edib. Milli komandanın İspaniyanın Kastelyon şəhərində keçirilən dünya çempionatının seçmə mərhələ oyunlarında 1/4 final mərhələsinə qədər irəliləməsi təqdirəlayiq hal kimi qiymətləndirilib, futbolçulara qarşıdakı yarışlarda daha böyük müvəffəqiyyət arzulanıb və millinin üzvləri AFFA tərəfindən mükafatlandırılıb.
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
0
0