Futbolun balacaboy ulduzları - FOTOSESSİYA
22.06.2009 - 18:42
Futbolun balacaboy ulduzları - FOTOSESSİYA
Futbolda boy və çəki önəmli rol oynayır. Adətən futbolun sirlərini öyrənən ucaboylar yaxşı fiziki göstəriciləri olduqlarından daha tez püxtələşir, ulduza çevrilirlər. Lakin ulduz futbolçu taleyi yaşamaq təkcə ucaboyların yox, həm də balacaboyların qismətidir.

Dünya futbolunda balaca boya, eyni zamanda böyük karyeraya malik məşhurlara rast gəlmək mümkündür. Bunların arasında ən balacası isə dünya çempionu Dieqo Armando Maradonadır. 165 sm boyu olmasına baxmayaraq, indiyədək onun meydanda yaratdıqlarını, driblinqlərini, lider keyfiyyətlərini heç kim təkrarlaya bilmir. Və yəqin ki, uzun müddət heç kim buna nail ola bilməyəcək.



Apasport.az dünyanın ən balacaboy 7 ulduz futbolçusunu sizlərə təqdim edir:

1. Dieqo Armando Maradona 165 sm (Argentina yığması, 1977-94-cü illər)
2. Ferents Puşkaş 166 sm (Macarıstan yığması, 1949-62-ci illər)
3. Romario 167 sm (Braziliya yığması, 1987-2005-ci illər)
4. Lionel Messi 169 sm (Argentina yığması, 2005-...)
5. Tostao 172 sm (Braziliya yığması, 1966-72-ci illər)
6. Herd Müller 173 sm (Almaniya yığması, 1966-74-cü illər)
7. Cüzeppe Rossi 173 sm (İtaliya yığması, 2008-...)