“İnter” türklərə rəhm etmir
23.06.2009 - 09:27
Bakının “İnter” klubu Türkiyədə keçirdiyi üçüncü yoxlama oyununda da böyük hesabla qalib gəlib. Apasport.az saytının məlumatına görə, gürcü baş məşqçi Kaxaber Sxadadzenin komandası aşağı liqada mübarizə aparan “Manavqat Bələdiyyəspor” klubunu darmadağın edib - 5:0. “İnter”ə qələbəni gənc hücumçuları qazandırıb. Cavid Hüseynovla Asif Məmmədov hərəyə iki qol vurub. Daha bir qolun müəllifi isə Rövşən Əmiraslanov olub.
Ölkəmizi Avroliqada təmsil edəcək “İnter” bunadək “Antalya Karması”nı 5:2, “Tekirova Bələdiyyəsi”ni 5:1 hesabı ilə yenib.
Ölkəmizi Avroliqada təmsil edəcək “İnter” bunadək “Antalya Karması”nı 5:2, “Tekirova Bələdiyyəsi”ni 5:1 hesabı ilə yenib.
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
0
0