Hacıyevski “Ekranas” – “Suduva” matçına baxmağa gedir
23.06.2009 - 10:09
“Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski Litvaya gedir. Bu barədə apasport.az saytına makedoniyalı mütəxəssisin özü məlumat verib.
Məlum olduğu kimi, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Bakı” püşkün nəticəsinə əsasən Litva “Ekranas”ı ilə qarşılaşacaq. İlk oyunu iyulun 14-15-də səfərdə keçirəcək komandamız bir həftə sonra rəqibini qəbul edəcək. Hacıyevski bu görüşədək rəqibi daha yaxından tanımaq fikrindədir: “Bilirik ki, “Ekranas” iyunun 28-də evdə “Suduva” ilə üz-üzə gələcək. Həmin matçı stadiondan izləməyi planlaşdırıram”.
Qeyd edək ki, “Ekranas” – “Suduva” görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Rəqibimiz üçün bu oyun prinsipial əhəmiyyət kəsb edir. Belə ki, lider “Suduva”dan cəmi 1 xal geridə qalan, hazırda 2-ci pillədə qərarlaşan “Ekranas” qalib gələcəyi halda, turnir cədvəlinə başçılıq edəcək.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0