“Spartak” “İnter”lə oyuna necə hazırlaşır?
23.06.2009 - 10:13
Avropa Liqasında Bakının “İnter” klubu ilə qarşılaşacaq Slovakiyanın “Spartak” komandası bu oyuna hazırlıq məqsədilə artıq 2 yoxlama görüşü keçirib. Apasport.az saytının məlumatına görə, hazırlıqlarını iyunun ikinci ongünlüyündə başlayan Trnava təmsilçisi həmyerliləri ilə qarşılaşmalarda qüvvəsini sınayıb.
“Spartak”in yay fasiləsində keçirdiyi sınaq matçlarının hər ikisində iki qol vurulub. Əvvəl “Trençin”lə qarşılaşan Karol Peçenin yetirmələri Proxazka və Konenin qolları sayəsində qələbə qazanıb – 2:0. Püşkatma ərəfəsində isə “Luçeneç”lə üz-üzə gələn “İnter”in rəqibi heç-heçə ilə kifayətlənib – 1:1. “Spartak”ın yeganə qolunu penaltidən Dolejal vurub.
Qeyd edək ki, slovakiyalılardan fərqli, 2 yox, 3 yoxlama matçı keçirən “İnter” matçların hamısında 5 qol vurmaqla qalib gəlib. Təmsilçimiz Türkiyə klubları ilə matçlarda vurduğu 15 qolun əvəzinə cəmi 3-ünü buraxıb.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0