“Real” Kriştianu Ronaldonu almamış satır
23.06.2009 - 10:40
Madridin “Real” klubu Kriştianu Ronaldoya 200 milyon avro qiymət qoyub. Apasport.az saytının məlumatına görə, “Kral klubu” hələ rəsmi müqavilə imzalamadığı 24 yaşlı portuqaliyalı futbolçunu bu astronomik məbləğə satmaq fikrindədir.
“Real”ın prezidenti Florentino Peres bəyan edib ki, Ronaldonu gələcəkdə satmalı olsalar, onu almaq istəyən komanda 200 milyon avro xərcə düşməli olacaq. İndiyədək ən baha qiymət qoyulmuş oyunçu Lionel Messi sayılırdı. “Barselona” rəhbərliyi 22 yaşlı istedadlı argentinalı yarımmüdafiəçini 150 milyon avroya satmağa hazırdır.
Qeyd edək ki, “Real” “Mançester Yunayted”dən ələ keçirdiyi Ronaldonun transferini artıq bu həftə rəsmiləşdirməlidir. Ötən il həm dünyanın, həm də Avropanın ən yaxşı futbolçusu seçilən futbolunun təqdimetmə mərasiminin iyunun 30-da keçiriləcəyi gözlənilir.

0
0