Sloveniyaya gedə bilməyən “Bakı”lılar
23.06.2009 - 10:55
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Bakı” klubu Sloveniyaya yollanıb. Komandanın baş məşqçisi Qyoko Hacıyevski apasport.az saytına açıqlamasında səfərə tam heyətlə çıxmadıqlarını bildirib. Onun sözlərinə görə, əsas problem qapıçı Xalidu Sissoko ilə bağlıdır.
“Vətəni Seneqala istirahətə getmiş əsas qapıçımız Sissoko sıralarımıza gəlib çıxmayıb. Hələ də onun yolunu gözləyirik. Onun pasport problemi var. Xalidu Bakıda bu problemi, viza məsələsini yoluna qoyduqdan sonra Sloveniyaya yollana bilər” - deyə Hacıyevski vurğulayıb.
Baş məşqçi bildirib ki, digər afrikalı futbolçu - hücumçu Əhməd Ticaninin hazırlıqda iştirak etməsi üçün problem yoxdur. Ancaq moldovalı yarımmüdafiəçi Vadim Borets pasport, viza məsələni həll etməli olduğundan, o da hazırlığa bir qədər sonra qoşulacaq. “Bakı” Çempionlar Liqasında “Ekranas”la ilk oyunu səfərdə keçirəcəyindən, komandanın Litvaya birbaşa Sloveniyadan yollanması nəzərdə tutulub.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0