Xaqani Məmmədov yeni ampluada
23.06.2009 - 11:13
AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov UEFA hakim-inspektoru statusuna yiyələnib. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 48 yaşlı sabiq FİFA hakimi İsveçin Höteborq şəhərində təşkil olunan seminarı uğurla başa vurub. UEFA tərəfindən hakim-inspektorluğa namizədlər üçün təşkil olunmuş həmin tədbirdə 8 ölkədən 9 namizəd iştirak edib. Seminarın sonunda namizədlər imtahan verib ki, Məmmədov da bu sınaqdan uğurla çıxıb.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0