Kriştianu Ronaldo: Paris Hilton diribaş qızdır
23.06.2009 - 11:25
“Mançester Yunayted”dən “Real”a keçməklə, mövsümlərarası fasilənin ən səs-küylü transferinə imza atmış portuqaliyalı Kriştianu Ronaldo ötən həftə məşhur model Paris Hiltonla keçirdiyi gecə ilə bağlı təəssüratlarını bölüşüb. Apasport.az saytının məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi Hiltonun ünvanına yaxşı sözlər işlədib.
“O, həqiqətən də diribaş qızdır. Biz görüşümüz zamanı çox yaxşı vaxt keçirdik. Mən gənc oğlanam, Paris isə gənc qız. Klubda ünsiyyət qurmağımız bizim yaşda insanlar üçün normal haldır” - deyə Ronaldo vurğulayıb.
Dünyanın ən yaxşı futbolçusu onu da bildirib ki, Hiltonla bir daha görüşəcəyi qeyri-mümkün görünür: “Çünki o, məndən min millərlə uzaqda yaşayır və çox məşğuldur. Həmçinin, mən də Madriddə beləyəm. Buna görə də inanmıram ki, gələcəkdə biz yenə görüşə bilək”.
Qeyd edək ki, Ronaldo Parislə Los Ancelesdə bir gecə keçirib. Əvvəlcə onlar “My House” gecə klubunda görüşüblər, daha sonra söhbəti Hiltonun villasında davam etdiriblər.

0
0