“Kocaelispor” futbolçumuzu buraxmır
23.06.2009 - 13:12
“Kocaelispor” futbolçumuzu buraxmır
“Kocaelispor” rəsmiləri Rəşad Sadıqovdan əl çəkmir. Apasport.az saytının məlumatına görə, ötən mövsümün yekununa əsasən Türkiyə Superliqasında yerini itirən İzmit təmsilçisi birinci divizionda da milli komandamızın 27 yaşlı kapitanının xidmətindən yararlanmaq iddiasındadır.

“Kocaelispor” rəhbərliyində yer alan Muammer Çelik artıq bununla bağlı işə başlayıb və məsələyə kapitanları Sərdar Topraktəpəni də qatıb. Məlum olduğu ki, bu futbolçunun qışda Rəşadın “Kocaelispor”a keçidində böyük rolu olub. Onlar Torpaktəpənin Sadıqovu yeni müqavilə imzalamaqla bağlı razı sala biləcəyini düşünür.

Qeyd edək ki, hazırda özünə yeni klub axtaran Rəşad Türkiyə Superliqasında çıxışını davam etdirmək istəyir. O, “Kocaelispor”da rəhbərliyi atlında oynadığı Erhan Altının baş məşqçisi olduğu “Dənizlispor” klubuna keçəcəyi gözlənilir.
0