“Real” Ronaldoya 1 milyard avro qiymət qoydu!
23.06.2009 - 13:14
“Real” Ronaldoya 1 milyard avro qiymət qoydu!
İspaniyanın “Real” klubu yeni transferi Kriştianu Ronaldoya 1 milyard avro qiymət qoyub. Lent.az-ın məlumatına görə, bu haqda klub prezidenti Florentino Peres açıqlama verib. O, bildirib ki, son zamanlar futbol klublarını alan ərəb şeyxlərinin Ronalduya da maraq göstərməməsi üçün futbolçunun özü ilə belə razılıq əldə edib.

“Real” portuqaliyalı yarımmüdafiəçinin İngiltərə “Mançester Yunayted”indən transferi üçün 94 milyon avro ödəyəcək. Ulduz futbolçunun təqdimatı və rəsmi müqavilə imzalanma mərasimi iyulun 6-da baş tutacaq. Hazırda vətəni Alqarvedə istirahət edən Ronaldu ilə 6 illik müqavilə imzalanacaq. Bununla da 24 yaşlı Kriştianu Ronaldu dünyanın ən ödənişli futbolçusu sayılacaq.
0