Erik Hamrin: Komandam “Qarabağ”ı yox, qrup mərhələsini düşünür
23.06.2009 - 13:28
“Qarabağ”ın avroliqada potensial rəqibi “Rusenborq” klubunun düşərgəsində püşkatmanın nəticələri sevinclə qarşılanıb. Apasport.az saytının məlumatına görə, birinci təsnifat mərhələsində Farer adalarının “Runavik”, növbəti mərhələyə keçəcəkləri halda Ağdam təmsilçisi ilə görüşəcək norveçlilər püşkü “Böyük xoşbəxtlik” adlandırıb. İki ölkə təmsilçilərinin indiyəqədərki qarşılaşmalarında ümumi 22:3 hesablı 6 qələbə qazandıqlarını vurğulayan norveçlilərin baş məşqçisi Erik Hamrin də iddialıdır. “Runavik” və “Qarabağ”ı keçməyi məqsəd saymayan çalışdırıcı 4 mərhələnin adlanmasından dəm vurub: “Biz hər il gördüyümüz işi təkrarlamalıyıq. Yəni, qrup mərhələsi haqda düşünürük”.
Qeyd edək ki, tarixi ərzində 11 dəfə Çempionlar Liqasının qrup mərhələsində oynamış 20 qat Norveç çempionu ötən il UEFA kubokunun qrupunda mübarizə aparıb.
Qeyd edək ki, tarixi ərzində 11 dəfə Çempionlar Liqasının qrup mərhələsində oynamış 20 qat Norveç çempionu ötən il UEFA kubokunun qrupunda mübarizə aparıb.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0