“İnter”in məşqçisini kim cəzalandırdı?
23.06.2009 - 15:39
“İnter”in məşqçisini kim cəzalandırdı?
AFFA-nın İntizam Komitəsinin növbəti yığıncağı keçirilib. Apasport.az saytının məlumatına görə, iclasda 15 yaşlılar arasında ölkə birinciliyinin oyunlarında baş verənlərlə bağlı qərarlar çıxarıb.

“MKT-Araz” klubunun futbolçuları Nəsir Süleymanov və Rahib İsmayılov qırmızı vərəqə aldıqları üçün bir oyunluq cəzalanıb. “Xəzər-Lənkəran”ın oyunçusu Fikrət Ulduzlu və “İnter”li Bəxtiyar Məsiməliyev bir-birini təhqir etdiyi üçün daha ağır – 2 matçlıq cəzaya məruz qalıb. Lənkəranlıların meydandan qovulan digər futbolçusu Kamran Abdullazadə isə 1 oyunluq cəzalanıb. Hakimi təhqir etdiyi üçün texniki zonadan kənarlaşdırılan “İnter”in məşqçisi Xəyyam Bəkirov da iki oyunda komandanın yanında olmayacaq.
0