“Olimpik” “Neftçi” ilə üz-üzə
23.06.2009 - 15:46
“Olimpik” “Neftçi” ilə üz-üzə
Bakının “Olimpik-Şüvəlan” klubu bu gün yeni mövsümün hazırlığına başlayıb. Apasport.az saytının məlumatına görə, ev oyunlarını keçirdiyi “Şəfa” stadionunda toplaşan komanda bir həftə sonra Qubaya yollanacaq.

Paytaxt təmsilçisi hazırlığın növbəti mərhələsini orada keçirəcək. Qubaya yola düşməzdən əvvəl isə Əsgər Abdullayev futbolçularını “Neftçi” ilə yoxlama oyununda sınayacaq. Güclü rəqib axtarışında olan “Olimpik-Şüvəlan”ın iyunun 27-də flaqmanla görüşəcəyi artıq dəqiqləşib. Abdullayevin həmin oyunadək bütün legionerləri sərəncamında görəcək.
0