Yığmamızın kapitanı “Qalatasaray”a təklif olundu
23.06.2009 - 23:00
“Qalatasaray” rəhbərliyi karyerasını Fransada davam etdirməyə qərar verən Sərvət Çətinin yerinə oyunçu axtarışına başlayıb. Apasport.az saytının məlumatına görə, “Marsel”ə yollanan 28 yaşlı mərkəz müdafiəçisinin mövqeyinə kimi dəvət etmək üzərində az qala bütün Türkiyə baş sındırır. Yerli futbolçuları hələ yaxşı tanımayan yeni baş məşqçi Frank Raykaarda məsləhət verənlərin sayı da durmadan artır. Elə klubun sadiq azarkeşləri də hollandiyalı mütəxəssis üçün Sərvəti əvəzləyə biləcək mərkəz müdafiəçilərinin siyahısını tərtib ediblər.
Burak Akyıldız (“Dənizlispor”, 24 yaş, boyu 194 sm)
Əli Turan (“Kayserispor”, 25 yaş, 186 sm)
Ediz Bəxtiyaroğlu (“Ankaraspor”, 23 yaş, 190 sm)
Sezgin Coşqun (“Əskişəhərspor”, 25 yaş, 185 sm)
Rəşad Sadıqov (“Kocaelispor”, 27 yaş, 181 sm)
Raykaarda mətbuat vasitəsilə məsləhət verən “Cim-Bom” tərəfdarları Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun da yer aldığı siyahıya şərh veriblər. Onlar Sərvətin ən layiqli əvəzləyicisi sayılan Ərən Güngörün “Qalatasaray”a keçidini real saymadıqları üçün beş nəfərlik siyahı tərtib ediblər. Belə ki, türkiyəlilər “Fənərbaxça” ilə isti münasibətlərdə olan “Kayserispor”un müdafiəçisini başqa kluba satacağına inanmır. Digərlərini dəyərləndirən “Qalatasaray”lılar eyni səbəbdən Turanın da keçidinin əngəllənəcəyini düşünür: “Edizin transferi çox yaxşı olardı. Amma Sadıqov bu il göstərdiyi oyunu ilə alına bilər. Onun həm əzmkarlığı, həm də oyun qurmaq qabiliyyəti çox yaxşıdır”.

0
0